Qırmızı.az
İkimərtəbəli qatarlar Bakıda - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı 5 ikimərtəbəli elektrik qatarından biri artıq Bakıdadır.
Bu barədə Trend-ə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib. N.Əzməmmədov bildirib ki, qatarın nə zaman istifadəyə veriləcəyi vaxt hələ dəqiq müəyyən edilməyib. O bildirib ki, hazırda dəmiryol vağzalının gediş-gəliş yollarının tam yenidən qurulması və vağzalın binasının təmiri işləri davam etdirilir.
Qeyd edək ki, qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Mayın 13-də Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması ilə bağlı saziş imzalanıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ