TQDK şagirdlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK şagirdlərə müraciət etdi

Peşə liseylərinin bu ilin məzunları üçün 2014-cü il mart ayının 16-da keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni “Şagird-Məzun” sisteminə daxil olub çap edə bilərlər.

Publika.Az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bunun üçünhttp://eservices.tqdk.gov.az/sagird2014 internet ünvanına keçib “Şagirdlər üçün” düyməsini basmaq, iş nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini müvafiq sahəyə daxil etmək və “Daxil ol” düyməsini basmaq lazımdır.


Şagird səhifəsində “Buraxılış vərəqi” düyməsini basdıqda ekrana şagirdin buraxılış vərəqəsinin təsviri ötürülür.
“Print” düyməsindən istifadə edərək "Buraxılış vərəqəsi” çap edilməlidir.

Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini öz səhifələrinə daxil olub çap etmək imkanı yaradılıb.


İmtahan iştirakçıları “Yaddaş kitabçasını” da çap edib onunla tanış olmalıdırlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm