Qırmızı.az
Lökbatanda kütləvi zəhərlənmə: Ölüm faktı qeydə alınmayıb - RƏSMİ - YENİLƏNİB (VİDEO)
Bir neçə dəqiqə öncə "Facebook" sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.
"Facebook" sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifısində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMAYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri"
Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq. /Musavat/
YENİLƏNİB
Ərazidə yaşayana sakinlərdən birinin Publika.az-a verdiyi məlumata görə, ərazidə təbii qaz gündüz saatlarından kəsilib. Mavi qazın verilişi bərpa ediləndən sonra isə əhali qazda kəskin iyi hiss edib:
"Hazırda həmin boğucu və ürəkbulandırıcı iyi evlərdə və açıq havada hiss olunur. Əraziyə çoxlu sayda təcili tibbi yardım və FHN-nin maşınları gəlib"
YENİLƏNİB
Bakı şəhər təcili və təxirəsalinmaz tibbi yardım stansiyasının
baş həkimi Mürsəl Həmidov zəhərlənənlərin səhhətində ciddi
problemlərin olmadığını qeyd etdi.
Baş həkim dedi ki, təbii qazdan zəhərlənmə zamanı ölüm faktı qeydə
alınmayıb: "Əgər təbii qazdan hər hansı vətəndaş ölsəydi, onda
kütləvi ölüm halları qeydə alınardı".
Baş həkimin sözlərinə görə, hadisə yerinə 20-ə yaxın təcili yardım
maşını göndərilib. Ərazidə təcili yardım briqadaları tərəfindən
sakinlərə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır
olanlar xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən isə bildiriblər ki,
onların şöbəsinə 40-a yaxın xəstə daxil olub. Ölüm faktı qeydə
alınmayıb.
Xəstəxanaya aparılanlara ilkin tibbi yardım göstərilib və onların
əksəriyyəti evlərinə buraxılıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK