60 nəfər valideynlik hüququndan məhrum edildi
Bizi izləyin

Qırmızı.az

60 nəfər valideynlik hüququndan məhrum edildi

Ötən il məhkəmələrdə ailə münasibətlərinə görə, 20435 (onların 18931-i təmin edilib), əmək münasibətlərinə görə, 1651 (1395-i təmin edilib), müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə 25415(23312-si təmin edilib), mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə 1325(1091-i təmin edilib), vərəsəlik hüququ üzrə mübahisələrə dair 586 (455-i təmin edilib), inzibati işlərə görə, 5645 (4757-i təmin edilib), xüsusi icraat işləri üzrə 15182 (14769-u təmin edilib) işə baxılıb.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məhkəməyə müraciətlərin 11492-si (10928-i təmin edilib) nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi, 958-i (920-si təmin edilib) məhkəmə qaydasında atalığın tanınması, 572-si (527-si təmin edilib) övladlığa götürmə və onun ləğvi, 98-i (60-ı təmin edilib) valideynlik hüququndan məhrum etmə, 63-ü (55-i təmin edilib) valideynlik hüququndan məhdudlaşdırılması, 7252-si digər ailə münasibətləri ilə bağlı olub.

Əmək münasibətləri ilə əlaqədar məhkəmədə baxılan işlərin 269-u işə bərpa etmə, 86-sı əmək haqqı tələbi, 1296-sı digər əmək mübahisələri ilə bağlıdır.

Müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı münahisələrə gəldikdə, məhkəmələrə daxil olan şikayətlərin 486-sı alqı-satqı müqaviləsi, 168-i icarə, 3882-i borc müqaviləsi, 16976-sı kredit, 7-i zaminlik, 388 girov götürmə, 1527-si sığorta müqaviləsi, 334-ü bank əmanəti və bank hesabatı müqaviləsi, 1647-i digər öhdəliklərlə bağlı mübahisələrə aiddir.

Xüsusi icraat işləri ilə bağlı məhkəmə çəkişmələrinin 13022-si hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, 179-u isə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm