Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı "Azəriqaz"dan - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı "Azəriqaz"dan - AÇIQLAMA

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı musavat.com-a açıqlama verib.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı musavat.com-a açıqlama verib.

A.Ağayev bunları bildirib: "Odorazasiya prosesi zamanı texniki xətaya yol verilib. Təbii qaza odorant deyilən kimyəvi maddə vurulur ki, sızma zamanı bu, bilinsin, sızmanın qarşısı alınsın. Görünür bunu normadan artıq vurublar. Ona görə də belə xoşagəlməz vəziyyət yaranıb."

"Bu maddəni qaza harda vururlar" sualına "Azəriqaz" rəsmisi belə cavab verdi: "Odorantı təbii qazın tərkibinə qazpaylayıcı stansiyalarda əlavə edirlər". Araz Ağayevdən "hazırda "Azəriqaz" rəhbərliyindən Lökbatanda kimlər var" sualına "mən indi bunu dəqiqləşdirməklə məşğulam" cavabını verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm