Məşələ görə Bakıda bu yollar bağlanacaq - XƏRİTƏ
Bizi izləyin

Qırmızı.az

Məşələ görə Bakıda bu yollar bağlanacaq - XƏRİTƏ

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının məşəli 7 iyun tarixində Bakıya qayıdacaq.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, 12 iyun tarixində keçiriləcək Açılış Mərasimindən əvvəl Bakıda və Bakı 2015-in keçiriləcəyi obyektlərdə beş gün ərzində tədbirlər təşkil olunacaq.

Bu tədbirlərlə əlaqədar olaraq, Məşəl Bakıya çatanda, xüsusilə də 7 iyun tarixində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Saat 17:30 – 19:30-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:

Neftçilər prospekti K. Səfərəliyeva küçəsindən Y.Səfərov küçəsinədək; Neftçilər prospektindən Bulvar Otelədək yollar bağlı olacaq.

Saat 13:30 – 00:15-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:

Ü.Hacıbəyli küçəsi R.Zorge küçəsindən Azadlıq prosdpektinədək olan hissəsi, Azadlıq prospekti Ü. Hacıbəyli küçəsindən Z.Əliyeva küçəsinədək, R.Behbudov küçəsi Z.Əliyeva küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti K.Səfərəliyeva küçəsindən “Azneft dairəsi”nə qədər, Z.Əliyeva küçəsi Azadlıq prospektindən R. Behbudov küçəsinədək, R.Zorge küçəsi Ü. Hacıbəyli küçəsindən Neftçilər prospektinədək hissə bağlı olacaq.

Saat 20:00 – 22:00-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:

Neftçilər prospekti “Azneft” dairəsindən Neftçi Qurban küçəsinədək, Neftçilər prospekti Neftçi Qurban küçəsindən Bayraq meydanınadək olan ərazi bağlı olacaq.

Yol polisi bağlanacaq yollara qovuşacaq yollarda hərəkət edən nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək.

Qeyd olunan bütün küçə və yollarda parklanma səhər saat 6:00-dan gecə saat 00:15-dək qadağan olunacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm