Qırmızı.az
TQDK "2" alanların sayını açıqladı
Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının
nəticələrinə dair statistik göstəricilər
açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı
şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış
siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini
açıqlayıb.
Beləliklə, 9-cu siniflər buraxılış imtahanında iştirakı nəzərdə
tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər
qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet
saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş
buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri
üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı
8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif
şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat
fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni
üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4”
və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif
şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat
fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni
üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4”
və “5” qiyməti alıblar.
56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif üzrə buraxılış imtahanda iştirakı nəzərdə tutulan 24445
şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu
üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094
şagirdin imtahan nəticələri yerləşdirilib. Ana dili və riyaziyyat
fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi
düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris
olunmayan məktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az
olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci
sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i
riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili
fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62
%-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif
şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat
fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə
şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və
“5” qiyməti alıblar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal
toplayıb.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı