Qırmızı.az
Bakı metrosunda intihara cəhd edən gəncdən xəbər var
Ötən gün “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında baş verən faciəli hadisə zamanı ağır xəsarət alan gəncin kimliyinin müəyyənləşdirilməsində problem yaranıb.
Martın 5-də saat 17 radələrində “Ulduz” sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb.
Hadisə nəticəsində gənc ağır bədən xəsarəti
alıb.
Belə ki, onun sağ qolunun bir hissəsi bədənindən
ayırılıb. Bundan başqa, baş-beyin travması alan şəxsin üzü də
parçalanıb. Yaralı Elmi-Tədqiqat Ortopediya Travmotologiya
İnstitutuna yerləşdirilib.
İnstitutun qəbul şöbəsinin müdiri
Eyvaz Hacıyev isə
AzNews.az-a açıqlamasında bildirilib ki, xəstənin vəziyyəti
ağırdır: “Ötən gün yaralının üzərində cərrahi əməliyyat həyata
keçirilib və gəncin sağ qolu bazu hissədən amputasiya edilib.
Həmçinin, üz nahiyəsində olan açıq yaralar da tikilib. Xəstə bütün
lazımı dərman pereparatları ilə təmin olunub”.
Şöbə müdiri əlavə edib ki, göstərilən bütün zəruri
tibbi yardıma baxmayaraq, xəstənin səhhəti ağır olaraq qalır:
“Təəssüf ki, bu saata qədər xəstənin kimliyi və yaxınları müəyyən
edilməyib. Hazırda polis onun kimliyinin və yaxınlarının
müəyyənləşdirilməsi istiqamətində tədbirlərini davam
etdirir”.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı