Azərbaycana gələn əcnəbi və turistlərə xəbərdarlıq edildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycana gələn əcnəbi və turistlərə xəbərdarlıq edildi

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycana gələn əcnəbilərə və turistlərə xəbərdarlıq edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasına səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinin 21.1 bəndinə əsasən Azərbaycan Respublikasında 10 gündən artıq müddətə qaldıqda olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

Bildirilir ki, mehmanxanana və mehmanxana tipli obyektlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qaldıqları mehmanxana üzrə müvafiq qaydada qeydiyyata alınırlar.

Mehmanxana və mehmanxana tipli obyekt olmayan fərdi yaşayış evlərində, mənzillərdə və digər yerlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması üçün e-reg.migration.gov.az:8080/DMXERegistrationApp/ linkindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd olunan qanunun 21-ci maddəsinin tələblərinə əməl edilmədikdə Azərbaycan Respublikasını qanunvericiliyə uyğun olaraq müvafiq məbləğdə cərimə tətbiq olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm