TQDK bu gün nəticələri açıqlayacaq
Bizi izləyin

Qırmızı.az

TQDK bu gün nəticələri açıqlayacaq

İyunun 6-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bu gün axşam saatlarında elan olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm