Azərbaycan istehsalı olan texnologiya İranda
Bizi izləyin

Qırmızı.az

Azərbaycan istehsalı olan texnologiya İranda

Bu gün Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) keçiriləcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərgidə dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edəcək.

Builki sərgiyə İran İslam Respublikasının 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı, sərgidə Çinin, Böyük Britaniyanın, Koreya Respublikasının, Hindistanın və başqa ölkələrin şirkətləri iştirak edəcəklər.


Beynəlxalq sərgidə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edəcək.


Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdiriləcək.


Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər. Sərgidə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm