Qırmızı.az
Ən populyar elektron xidmətləri hansılardır?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) may ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətləri bəlli olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu müddətdə
nazirliyin portal vasitəsilə təqdim olunan 35 elektron xidmətindən
5-nə daha çox maraq göstərilib.
May ayında RYTN-in e-xidmətləri arasında istifadə sayına görə
ilk pillədə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər
şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti
qərar tutub. Portal istifadəçiləri sözügedən xidmətdən 90 352 dəfə
yararlanıblar.
İkinci pillədə yer alan “Telefon nömrəsi üzrə axtarış” xidmətindən
67 897 dəfə faydalanılıb.
Üçüncü yerdə ildə isə 34 193 istifadə sayı ilə “Mobil cihazların
qeydiyyatdan keçirilməsi” e-xidməti qərarlaşıb.
Dörd və beşinci pillələri isə 33 520 və və 20430 istifadə sayına
görə müvafiq olaraq “Mobil cihazların IMEI kodunun yoxlanılması” və
“Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə
ödənilməsi” xidmətləri bölüşüb.
Statistik göstəricilərdən belə məlum olur ki, əhali Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı elektron
xidmətlərindən istifadəyə daha çox meyil göstərirlər.
Onu da qeyd edək ki, RYTN-in “Elektron hökumət” portalı üzərindən göstərilən bütün elektron xidmətlərindən may ayında 257 231 dəfə istifadə edilib. Bu statistikaya əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron xidmətlərinə ən çox müraciət olunan qurumlar sırasında ikinci yeri tutub.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO