Nazir: "Kolleclər universitetlərə birləşdirilir" - VİDEO
Bizi izləyin

Qırmızı.az

Nazir: "Kolleclər universitetlərə birləşdirilir" - VİDEO

Bəzi kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək.

ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayil Cabbarov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün bir neçə kolleci universitetlərə birləşdirəcək: “İlk olaraq Bakı şəhərində yeləşən Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif edilib. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi plandadır. Görülən bütün bu işlərin əsas məqsədi orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsidir. Eyni zamanda müasir əmək bazarının tələblərinə cavab verə kadırların yetişdirilməsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm