Lökbatandakı faciə ilə bağlı daha bir rəsmi açıqlama
Bizi izləyin

Qırmızı.az

Lökbatandakı faciə ilə bağlı daha bir rəsmi açıqlama

Bakı Şəhər Prokurorluğu Lökbatandakı hadisələrlə bağlı açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə bağlı prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlmiş, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

“Məişət qazı ilə zəhərlənmə diaqnozu” ilə Qarabağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıb.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm