Təhsil Nazirliyindən daha bir ilk
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən daha bir ilk

Təhsil Nazirliyi iyunun 1-dən 10-dək Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, düşərgəyə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və kimya-biologiya təmayüllü respublika liseyinin hər birindən 25 nəfər olmaqla, ümumilikdə 50 şagird cəlb edilib. Düşərgə tədris ilini əla qiymətlərlə başa vurmuş şagirdlərin yay tətilini daha maraqlı və səmərəli keçirməsi məqsədilə təşkil olunub. Bu müddət ərzində əylənmək və müxtəlif idman oyunlarına qatılmaqla yanaşı, uşaqlar maraqlı mövzular – komanda quruculuğu, liderlik, təqdimat bacarıqları, natiqlik, ekologiya və digər sahələr üzrə məlumatlanıblar.

Bundan başqa, iştirakçılar “Engineering for Kids” şirkəti tərəfindən təşkil olunmuş STEM üzrə 8 dərsdə müxtəlif raket, robot düzəldərək, onların praktik tətbiqinin birbaşa iştirakçıları olub, “Debat”, “Xəmsə”, “Breyn rinq”, “Da Vinçi Kodu” kimi intellektual oyunlarda öz dünyagörüşlərini nümayiş etdiriblər.

Şagirdlər ekologiya mövzusunun davamı olaraq məktəb ərazisində iməcilik təşkil edib, quş yuvaları düzəldərək ərazidəki ağaclardan asıblar. Uşaqlar arasında keçirilən mütəmadi sorğu, övladlarına baş çəkməyə gələn valideynlərin fikirləri və son qiymətləndirmə düşərgənin təşkilinin müsbət deməyə əsas verir.

Uğurlu pilot layihənin davamı olaraq, gələcəkdə digər məktəblilər üçün də yay düşərgəsinin təşkili nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm