7 yaşlı azərbaycanlıdan Avropa Oyunlarına dəstək
Bizi izləyin

Qırmızı.az

7 yaşlı azərbaycanlıdan Avropa Oyunlarına dəstək

ABŞ-da fəaliyyət göstərən "Azəri Amerika" diaspor təşkilatı "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Publika.az xəbər verir ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb. Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.

"Azəri Amerika" təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.

Bundan əlavə olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olununmuş marka çap olunub. Markanın nominal dəyəri 50 qəpik təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm