8 Martda hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

8 Martda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 08-də hava şəraitinin yağıntılı olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm