Qırmızı.az
Qafqaz Universitetində Beynəlxalq Qadınlar Günü qeyd olundu
Qafqaz Universitetində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Publika.Az-ın məlumatına görə, ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Qafqaz Universitetinin müəllim və tələbələri ilə yanaşı
ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qafqaz
Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək şəfqət
qəhramanı olan qadınların cəmiyyətin inkişafındakı mühüm rolundan
bəhs edib, əlamətdar gün münasibətilə onlara xoş arzularını
bildirib. Rektor Beynəlxalq Qadınlar Gününün geniş şəkildə qeyd
olunmasının əhəmiyyətini diqqətə çatdırıb. O bildiribki qadınlar
Azərbaycanın bütün fəaliyyət sahələrində təmsil olunurlar. Təhsil
sahəsində çalışanların böyük əksəriyyəti də məhz qadınlardır.
Azərbaycanda qızların orta və ali təhsil almaları üçün hər cür
şərait yaradılıb. Rektor Azərbaycan qadınlarını bir daha 8 mart
Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək onlara
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetin öz fəaliyyət kollektivinin ifasında rəqslər mahnılar şerlər səsləndirilib.Tədbirə Respublikamızın xalq artisti Qəndab Quliyeva ifa etdiyi mahnılarla xüsusui rəng qatıb.
Digər çıxış edənlər də Azərbaycan qadınının keçdiyi şərəfli inkişaf yolundan danışıb, onun cəmiyyətin bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayıblar. Azərbaycan qadının şərəfinə tədbirdə iştirak edən şairə xanımlar müxtəlif şerlər və mahnılar səsləndiriblər. Qadın adının daim müqəddəs və uca tutulduğunu söyləyən natiqlər bayram münasibətilə bütün xanımlarımızı təbrik ediblər.
Publika.Az
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI