ALAGD sədri Mollet del Vallès radiosuna yenidən dəvət olundu
Bizi izləyin

Qırmızı.az

ALAGD sədri Mollet del Vallès radiosuna yenidən dəvət olundu

2014-cu ilin 5 mart tarixində “Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu” ALAGD İctimai Birliyin sədri və ASAIF - ın Ispaniya təmsilçisi Mahir Qurbanov Mollet del Vallès radiosuna yenidən dəvət olundu.

Bu səbəb ondan ibarət olub ki, məs radio dinləyiciləri Mahir Qurbanovu yenidən dinləmək istəyiblər. Qeyd edək ki, 26 fevral tarixində, Annour la Llum programında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında söhbət aparılmışdır. Ancaq programdan dərhal sonra Mollet del Vallès radiosuna çox saylı zənglər daxil olub və radio dinləyiciləri tərəfindən bildirilmiştir ki, artıq bu münaqişədə kimin haqlı, kimin isə haqsız olduğunu daha yaxşı anlamaq olur. Bir həftə ərzində dinləyicilər tərəfindən bu buraxılışın 116 dəfə radio online yükləmələri olub, bu da öz növbəsində cari ilin rekord nəticəsidir. Bu məlumatı ALAGD sədrinə verilişin aparıcısı olan Karles Penya bildirmişdir.

5 mart tarixində efirə gedən Annour la Llum verilişində əsasən Azərbaycanın aktual inkişafı, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənlik, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti haqqında söhbət aparılmışdır. Mahir Qurbanov bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında böyük positiv dəyişikliklərin başlanğıcını oldu. Və 1994-cü il də Neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Məs bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil etdi və Azərbaycanın güclü inkişafı məs böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin nəticəsidir. O cümlədən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu strategiyada apardığı işləri xüsusilə qeyd etmək lazımdır.

Verilişin aparıcısı olan Karles Penya Azərbaycanda siyasi rejim haqqında da sual vermişdir. Buna cavab olaraq, M. Qurbanov bildirib ki, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və seçki prosesi məs şəffaf ve demokratik şəkildə həyata keçirilir. Hal hazırda iqtidar partiyası olan YAP (Yeni Azərbaycan Partiyası) Azərbaycanın ən aparıcı siyasi qüvvəsi olan bir partiyasıdır, həmçinin ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar aparmaq yolu ilə vətəndaşların layiqli həyat şəraitini təmin edir. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev tərəfindən yaranmış siyasi partiyadır. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlham Əliyevin 2003-cü ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olundu. Radioda mövzu əsnasında fikir mübadiləsi davam etdirilmişdir.

Sonda, Mahir Qurbanov bir azərbaycanlı olaraq Ispaniyada fəaliyyət göstərən fövqaladə və səlahiyyətli səfiri olan Altay Əfəndiyevə təşəkkür bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm