Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşdü

Azərbaycanda hərbi maşın minaya düşüb. Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.

Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib.

APA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm