Metroda problem yarandı – qatarlar gecikdi
Bizi izləyin

Qırmızı.az

Metroda problem yarandı – qatarlar gecikdi

“Bakı Metropoliteni”ndə qatarların hərəkətində gecikmə olub.

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatar “Koroğlu”dan “Ulduz” stansiyasına hərəkət edərkən tuneldə qalıb.

“Bakı Metropoiteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a açıqlamasında gecikmənin nasazlıqla bağlı olduğunu deyib.

“Nəriman Nərimanov” stansiyasında texniki nasazlıq baş verib. Buna görə də, qatarların hərəkətində gecikmə olub. Qatarlar tuneldə qalmayıb. Sadəcə texniki nasazlıq səbəbindən “Həzi Aslanov” stansiyasından hər iki istiqamətdə qatarlar hərəkət sürətini azaldıb. Bu da sərnişinlərin narahatlığına səbəb olub. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində iş aparılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm