İtlər uşağın üzünü parçaladı
Bizi izləyin

Qırmızı.az

İtlər uşağın üzünü parçaladı

İtlər uşağın üzünü parçalayıblar. Yeni Zellandiyada köpəklərin hücumuna məruz qalan 7 yaşlı Sakurako adlı qız üzünün 90 faizini itirib. Azyaşlıya bull terrier cinsli itlər hücum edib.

Ağır xəsarətlər alan qızı həkimlər reanimasiya şəraitində huşsuz vəziyyətdə saxlayırlar. Uşağın bədənində ümumilikdə 100-dən artıq dişlənmə izi var.

İndi o böyüyənə qədər müntəzəm olaraq silsilə əməliyyatlar olmalıdır.

Kiçik qız ailəsi ilə tətildə olan zaman 4 itin hücumuna məruz qalmışdı. Hadisədən sonra itlər sahibləri tərəfindən yatdırılıb. Hələlik heyvanların sahibi olan ailəyə hər hansı cəzanın verilib-verilməyəcəyi açıqlanmır.

Staffordşir bull terrier cinsi itlər 50 sm hündürlüyündı, 20 kq çəkidə olurlar. Onlar güclü cənələri ilə seçilirlər. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm