Qırmızı.az
Nikolay Patskeviç: “Belaruslu samboçunun müsbət davranışına görə mənə çoxlu zənglər edilir”
Belarus Respublikasının Azərbaycandakı səfirliyində bu ölkəni birinci Avropa Oyunlarında təmsil edən idmançıların şərəfinə təntənəli qəbul keçirilib.
Publika.az “Belta” agentliyinə istinadən xəbər verir ki, qəbulda birinci Avropa Oyunlarında uğurla çıxış edərək 40-dan artıq medal qazanan Belarus idmançıları bu ölkənin Azərbaycandakı səfirliyində coşqu ilə qarşılanıblar.
Mərasimdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay
Patskeviç uğurlu nəticəyə görə idmançılara minnətdarlığını
bildirib.
Səfir qeyd edib ki, Bakıda qazanılan yüksək nəticələr Belarusun
Avropanın aparıcı idman ölkələrindən biri olmasının sübutudur.
O, bu ölkəni təmsil edən samboçu, final görüşündə zədələnən azərbaycanlı rəqibini çiynində daşıyan Stepan Popovun təqdir olunan bu davranışı haqqında da danışıb:
“Bundan sonra çox sayda Belarus-Azərbaycan birgə müəssisələrinin rəhbərləri, o cümlədən “Belarus” traktorlarının yığıldığı Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev mənə zəng vurublar. Belarus samboçusunun bu davranışı Azərbaycanda hər kəsi dərindən təsirləndirib”.
Səfirlikdə keçirilən qəbuldan sonra Belarus idmançıları üçün
Bakının görməli yerlərinə ekskursiyası təşkil olunub.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ