Qırmızı.az
Balaxanıda zavod “yandı” – FOTOLAR
Bərk Məişət Tullatılarının Yandırılması Zavodunda praktiki təlim-məşq keçirilib.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda və tullantı poliqonunda qəza hallarından müdafiə olunmaqla bağlı praktiki təlim-məşq keçirilib. Təlim zamanı işçilər 20 dəqiqə ərzində simulyativ yanğını lokallaşdıraraq təhlükənin qarşısını alıb.
Simulyativ qəza saat 10:00-da baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib, yanğın həyəcan siqnalları işə salınıb, elektrotexniki heyət 3 dəqiqə ərzində elektrik və qaz xətlərini ayırıb. Saat 10:04-də işçilər toplanma məntəqəsinə təxliyyə olunub, 10:05-də yanğınsöndürmə dəstələri yanğının söndürülməsi işlərinə başlayıblar. “Xəsarət” alan işçilərə tibbi yardım göstərilib. Saat 10:20-də “yanğın” tam lokallaşdırılaraq nəzarət altına alınıb.
İki gün keçirilən “Ekoloji qəza vəziyyətləri, qarşısının alınması və nəticələrinin aradan qaldırılması” üzrə təlim-məşqlərdən sonra yanğına məsul şəxslərin “Qəzaların lokallaşdırılması planı”na uyğun hərəkət etdiyi, yanğınsöndürmə avadanlıqlarının öz yerində və işlək vəziyyətdə olduğu, işçilər arasında koordinasiya və rabitənin normal şəkildə qurulduğu müəyyənləşdirilmişdir. Ümumilikdə, plan üzrə təlimlərin keçirilməsi qənaətbəxş qiymətləndirilib.
Gülnar Əliyeva
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO