8 yaşlı qız qonşusu tərəfindən zorlandı
Bizi izləyin

Qırmızı.az

8 yaşlı qız qonşusu tərəfindən zorlandı

Rusiyanın Buryat şəhərində ağır cinayət baş verib.



Anspress-in “Regnum”a istinadən verdiyi məlumata görə, 28 yaşlı Andrey Bekrenov qonşusunun 8 yaşlı qızını zorlayıb. O, azyaşlı qızı evinə çağırıb. Andrey Bekrenov qıza yeni il hədiyyəsi verəcəyi ilə aldadıb. Evə gələn qıza bıçaqla hədə-qorxu gəlib. Daha sonra onu zorlayıb.



Bu barədə polisə məlumat daxil olan kimi Andrey Bekrenov polis tərəfindən saxlanılıb. Onu məhkəməyə çıxana qədər müvəqqəti saxlama kamerasına salmaq istəyiblər. Lakin bu zaman həmin şəxs nəzarətçilərdən birini öldürüb. Digərinə də döyüş fəndi işlədərək yıxıb. Nəzarətçilərdən birini isə bıçaqla yaralayıb. Lakin yaralı nəzarətçi onu qaçmağa qoymayıb.


Saxlanılan Andrey Bekrenov məhkəmənin qərarı ilə 19 il azadlıqdan məhrum edilib. O, cəzasını ağır rejimli cəza müəssisəsində çəkəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm