Əlillər üçün bərpa mərkəzləri təmir ediləcək
Bizi izləyin

Qırmızı.az

Əlillər üçün bərpa mərkəzləri təmir ediləcək

Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, təmir işləri başa çatdırıldıqdan sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçiriləcək. Eyni zamanda nazirliyin tabeliyindəki belə mərkəzlərdə tibbi bərpa ilə yanaşı, beynəlxalq təcrübə əsasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır və yaxın aylarda bu bərpa mərkəzləri yüksək səviyyədə yenidən qurularaq istifadəyə veriləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm