Qırmızı.az
Port Arturda tarix yazan generallarımız - VİDEO
Silahlı Qüvvələr Günü münasibətilə ANS ordu qurucularından Səməd bəy Mehmandarov haqqında film təqdim edir.
ANS-in xüsusi müxbiri Səməd bəy Mehmandarov haqqında “Sərdar”
filmində məşhur generalımızın döyüş yolunun tanınmayan tərəflərini
göstərmək üçün uzaq Çinə qədər gedib çıxıb. Məhz Port Artur, indiki
Dalyan şəhərinin Mehmandarovun həyatında xüsusi yeri olub.
Müstəqil cümhuriyyətin ordu qurucularından olan Səməd bəy
Mehmandarov tam artilleriya generalı adını Port Arturda, Çinin
indiki Dalyan şəhərinin inzibati rayonu olan Lyuyşunda alıb.
Onda Çin Lyuyşunu müqavilə ilə çar Rusiyasına 25 illik icarəyə
vermişdi. Çar Rusiyası da bura dəmir yolu xətti çəkmiş, sanki 3-5
il sonra reallaşacaq Rus-Yapon müharibəsi üçün qabaqcadan
tədarükünü görmüşdü.
Həqiqətən də 1904-cü ilin yanvarın 26-da yaponlar rusların Port
Artur limanında duran eskadrasına hücum edir, iki zirehli gəmini və
“Pallada” kreyserini partladır. Bununla da Rus-Yapon müharibəsi
başlayır. Və həmyerlimiz Səməd bəy Mehmandarov 7-ci Sibir atıcı
diviziyasının tərkibinə daxil olan 7-ci atıcı topçu divizionunun
kamandanı kimi Port Artura gedir. Özü də təkcə Mehmandarovmu? Əlağa
Şıxlinski də, Hüseyn xan Naxçıvanski də, yüzlərlə azərbaycanlı
oğulları da.
Düzdür, bu müharibəni ruslar uduzurlar. Amma bu müharibə bizim
generalların hərbi döyüş fəaliyyətindən qırmızı xəttlə keçir və
bunu general Əlağa Şıxlinski məhz elə belə də qiymətləndirirdi.
Port Artura indiki Lyuyşuna getmək istəyi də açığı məndə Əlağa
Şıxlinskinin “Xatirələrim” kitabını oxuyandan sonra yarandı. 111 il
əvvəl Rus-Yapon müharibəsinin baş verdiyi tarixi məkanı görmək,
generallarımızın ayaq izlərini çəkib sizə göstərmək nə yaxşı ki,
qismətimdəyimiş.
Məşhur Lyaodun yarımadası, Sarı dəniz və yaponların gecəykən 3
gəmini partlatdığı Port Artur limanı.! İllər çox şeyi dəyişib, amma
Sarı dəniz, Boxay körfəzi yerində, Əjdaha quyruğu yerində, Qızıl
dağ yerindədir, qızıl kimi oğullar isə torpağın altında.
Buranı gəzmək bizə Azərbaycanda gəzib dolaşmaq qədər asan oldu.
Çünki, general Əlağa Şıxlinski Port Arturda 332 gün davam edən
müharibənin baş verdiyi məkanları öz xatirələrində bir-bir
sadalayır, danışırdı. Onun xatirələrinə əsasən Əjdaha silsiləsini
tapdıq, o silsilənin zirvəsindəki toplara baxdıq. O topçuların
azərbaycanlı oğulları olması ilə qürur duyduq. O oğullar ki, sonra
müstəqil cümhuriyyətin ordu qurucuları olmuş, biri hərb naziri,
biri onun müavini kimi tanınmışdı.
Sovet hakimiyyətinin mövcud olduğu 70 il onları bizdən oğurladı.
Onları da itirdik, həqiqətləri də.
Bu gün yavaş-yavaş qaytarıb yerinə qoyuruq. Mən də Səməd bəy
Mehmandarovun əlimdəki kitabdan cırdığım bir şəklini Port Arturun
şimal cəbhəsindəki bir yeraltı qazmanını divarına qoydum.
Ruhun şad olsun qoca general. Müstəqil Azərbaycanın ilk ordu
qurucusu.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ