FHN Bakıda intiharın qarşısını aldı
Bizi izləyin

Qırmızı.az

FHN Bakıda intiharın qarşısını aldı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə hündürlüyü 15-17 metr olan dağın zirvəsinə çıxıb.

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə hündürlüyü 15-17 metr olan dağın zirvəsinə çıxıb.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar.

Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm