Nazirlik 780 nəfəri istirahətə göndərdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik 780 nəfəri istirahətə göndərdi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərdən daha 70 nəfəri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yola salınma mərasimində vurğulanıb ki, bu istiqamətdə tədbirlər ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.

Proqrama uyğun olaraq, nazirlik tərəfindən cari ilin yaz-yay mövsümündə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Onlardan artıq 786 nəfərin həmin mərkəzlərə göndərilməsi təmin edilib. Əlilliyi olan şəxslərin istirahətinin mənalı keçməsi üçün xüsusi proqram çərçivəsində mədəni-kütləvi tədbirlər, tarixi və görməli yerlərə gəzinti turları, fizioterapevtik müalicə prosedurları və s. təşkil edilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm