Qırmızı.az
Qadağalar qüvvədə qalır: rayon maşınları Bakıya buraxılmayacaq
Nazirlər Kabinetində Bakıda yol hərəkəti qaydalarında və nəqliyyat sistemində bəzi dəyişiklik və yeniliklərin tətbiqi ilə bağlı müvafiq qərar veriləcək.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, hələlik paytaxtda “Oyunlar zolağı”, yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillərlə bağlı qadağalar qüvvədə qalacaq: “Nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvədədir və sürücülər bu “Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qayadada yenə də cərimələnəcəklər.
Həmçinin hazırda qeyri-Bakıda qeydiyyatlı nəqliyyat vasitələrinin, eləcə də yük avtomobillərinin gündüz vaxtı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər davam edir. Bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvədə qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir”.
Qeyd edək ki, Avropa Oyunları öncəsi bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi élan edilmişdi. Lakin K.Əliyevin sözlərinə görə, bu müddət uzadıla da bilər: “Bu gün əhalinin, Bakı sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, eləcə də paytaxtda nəqliyyat sıxlığının minimuma endirilməsi məqsədi ilə zəruri tədbirlərin keçirilməsinə ehtiyac var. Bu səbəbdən də hazırda Komissiyada müvafiq müzakirələr aparılır. Komissiyanın qərarı açıqlananadək bu məhdudiyyətlər qüvvədə qalacaq”.
Şöbə rəisi qeyd edib ki, adıçəkilən Komissiyada Bakıda yol hərəkəti qaydaları və nəqliyyat sistemi ilə bağlı bəzi dəyişikliklərin və yeniliklərin edilməsi də müzakirə olunur: “Məsələn, ola bilsin ki, operativ nəqliyyat vasitələri üçün ayrıca zolaq müəyyənləşdirilsin. Təkcə “Oyunlar zolağı” olan yollarda yox, digər yollarda da bu zolaqlar yaradıla bilər. Bundan əlavə, iriqabaritli avtomobillərin paytaxta girişinə ümumiyyətlə qadağanın qoyulması, yüklərin daşınması və paylanması, bəzi kommunal təsərrüfatlara cəlb olunmuş nəqliyyat vasitələrinin gecə saatlarında xidmət etməsi, bəzi yerlərə ictimai nəqliyyat vasitələrinin sayının artırılması, avtomobillərin ətraf mühitə vurduğu zərər və s. nəzərə alınaraq, ümumiyyətlə nəqliyyat problemlərinin həlli ilə bağlı bəzi yenilik və dəyişikliklərin tətbiq edilməsi ilə əlaqdar müvafiq qərar qəbul olunacağı istisna edilmir”.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO