Paytaxtın mərkəzindəki qədim xəstəxanın köçürülməsinə rəsmi CAVAB
Bizi izləyin

Qırmızı.az

Paytaxtın mərkəzindəki qədim xəstəxanın köçürülməsinə rəsmi CAVAB

“Xəstəxananın iaşə obyektinə çevrilməsi ilə bağlı heç bir məlumat yoxdur. Xəstəxana hazırda da fəaliyyətini davam etdirir, onun özəlləşdirilməsi mümkün deyil. Çünki orada avadanlıqlar, tibbi ləvazimatlar var, iaşə obyektinə çevrilə bilməz”.

Bu sözləri Publika.Az açıqlamasında Xəzər Dəniz Gəmiciliyi Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vüqar Seyidov qurumun 1 saylı hövzə poliklinikasının binasının satılması ilə bağlı məlumatlara münasibət bildirərkəndeyib.

Xəstəxanada çalışan həkimlərin Yasamal Hövzə xəstəxanasına köçürülməsinə gəldikdə isə V.Seyidov bunun mümkünsüz olduğunu bildirdi:

“Yasamalda xəstəxanamız yoxdur. Bizim xəstəxana Xəzər Dəniz Gəmiçiliyinin, digər xəstəxanalar isə Səhiyyə Nazirliyinin balansındadır. Bizdən ora köçürülmə mümkün deyil. Bu barədə informasiyaların yayılması çox qəribədir. Gecə klubuna çevrilməsi absurddur. Xəstəxana və gecə klubunun tamam fərqli konstruksiyaları var. Üstəlik, dövlətin səhiyyə müəssisəsi nə üçün özəlləşdirilməlidir?”

Xatırladaq ki, 60 ildən çoxdur fəaliyyət göstərən Xəzər Dəniz Gəmiciliyi Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı hövzə poliklinikasının binası satılması ilə bağlı mətbuatda məlumatlar yayılıb. İddia edilir ki, uzun illər burada çalışan həkimləri bu ərazidən çıxararaq Yasamal rayonu ərazisində yerləşən Hövzə xəstəxanasının həyətindəki keçmiş meyitxanada yerləşdirmək istəyirlər. Artıq poliklinikanın bir hissəsi ələ keçirilib və burada iaşə müəsisələri açılıb. Bunula kifayətlənməyən şəxslər poliklnikanın digər sahəsində gecə klubu yaratmaq fikrinə düşüblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm