Qırmızı.az
Bu il uşaqlara ən çox verilən adlar – SİYAHI
Azərbaycanda bu il yeni doğulan uşaqlara ən çox verilən adların statistikası açıqlanıb.
Publika.az-a Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu il də uşaqlara verilən adlar arasında dini adlar üstünlük təşkil edir. Belə ki, yeni doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. 2015-ci ilin son 6 ayı ərzində 1377 körpəyə bu ad verilib (ötən il 3967 nəfər). İkinci ən məşhur oğlan adı isə Əlidir və 1000 körpəyə bu ad verilib (ötən il 2526 nəfər).
Digər populyar adlar isə Hüseyn, Məhəmməd və Muraddır. Hüseyn
adı 951 körpəyə (ötən il 2610 nəfər), Məhəmməd adı 615 körpəyə
(ötən il 1446 nəfər) və Murad adı 638 körpəyə (ötən il 1717 nəfər)
verilib.
Qız adları arasında ən sevilən ad yenə də Zəhradır - 1356 nəfər. Ötən il isə 3608 nəfər qız uşağına bu ad verilib. İkinci yerdə Nuray adı gəlir -1014 (ötən il 2538 nəfər).
Qız adları arasında ilk beşliyi Fatimə, Aylin və Zeynəb adları
qapadır. Bu il 899 yeni doğulan qız uşağına Fatimə (ötən il 2504
nəfər), 717 körpəyə Aylin (ötən il 1803 nəfər), 618 körpəyə isə
Zeynəb (ötən il 1693 nəfər) adı verilib.
Son 5 ilin statistikasına nəzər salsaq görərik ki, elə 5 il ərzində oğlan uşaqlarına verilən ən məşhur ad Yusifdir (15505). Qız uşaqlarına verilən ən populyar ad isə Zəhradır (14233).
Gülnar Əliyeva
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO