Qırmızı.az
"Xəzər adaları" layihəsi üçün hansı risk var? - Hacı İbrahimin cavabı
Media orqanalrında tanınmış iş adamı , "Avesta" konsernin
rəhbəri Hacı İbrahim Nehrəmlinin birinci vitse prezidenti Həsrət
Əmrahlının tutduğu vəzifəsindən istefa verdiyi haqda məlumat
getmişdi.
Qeyd olunurdu ki, Həsrət Əmrahlı bir müddət əvvəl işdən çıxıb.
Birinci vitse- prezidentin işdən çıxmasına səbəb isə Hacı İbrahim
Nehrəmli ilə aralarındakı pul mübahisəsi olduğu iddia edilirdi.
Publika.Az-a açıqlamasında Hacı İbrahim məlumatı təkzib edib və
onun şirkətində bu adda şəxsin çalışmadığını deyib.
O, “Xəzər adaları” (Khazar İslands) layihəsinin rəhbəri Hakan Özbekin işdən çıxmasına da münasibət bildirib.
Hacı İbrahim Publika.Az-a açıqlamasında deyib ki, H.Özbek işdən öz ərizəsi ilə çıxıb: “Mən onu işdən çıxarmamışam. Hakan özü çıxıb getdi. Dedi ki, səhhətimlə əlaqədar işləyə bilmirəm, ərizə yazıb işdən getdi”.
Tanınmış iş adamı layihə rəhbərinin dəyşməsinin layihənin icrasına heç bir maneə törətməyəcəyini də deyib.
Qeyd edək ki, Hakan Özbek eyni zamanda “Avesta” Konserninin İdarə Heyətinin sədri olub. Hacı İbrahim işdən çıxan şəxsin qeyri-ənənəvi islami cərəyanlara məxsusluğunu da inkar edib və bildirib ki, ümumən insanların şəxsi etiqad azadlığına qarışmır.Onu da bildirək ki, Hakan Özbek Türkiyənin keçmiş baş naziri Tansu Çillərin uzun illər mətbuat katibi olmuş Ayla Özbekin oğludur.
Vasif Həsənli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!