Qırmızı.az
Ordumuzda nə qədər qadın var? - Statistika
Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər
vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu
xidmət edir. Bunu Trend-in sorğusuna cavabında Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı
deyib.
V.Dərgahlı bildirib ki, qadınlar Silahlı Qüvvələrdə müxtəlif -
tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi
əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər:
"Hazırda Silahlı Qüvvələrdə "baş leytenant", "kapitan", "mayor",
"polkovnik-leytenant" və "polkovnik" zabit hərbi rütbəsi daşıyan
qadın hərbi qulluqçular xidmət edir".
Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi "Hərbi
xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə
həyata keçirilir.
Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı
maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər
şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə
bilərlər:
- əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi
hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi
xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi
vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa),
habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il
hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək
hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40
yaşınadək qadınlar;
- zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son
yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit
hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan
hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və
qadınlar.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO