Ombudsman Aparatının əməkdaşları məhbuslarla görüşüblər
Bizi izləyin

Qırmızı.az

Ombudsman Aparatının əməkdaşları məhbuslarla görüşüblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən tam gün ərzində başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə 12 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.


Habelə CM-in mətbəx, ərzaq anbarı, yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, karantin, görüş və istirahət yerlərinə və digər obyektlərə baxışlar keçirilmiş, mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm