Nəticələr bu gün elan ediləcək
Bizi izləyin

Qırmızı.az

Nəticələr bu gün elan ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 2-də keçirdiyi imtahanların nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

TQDK-dan Publika.az-a verilən məlumata görə, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şəxslər iş nömrələrini (şagird kodunu) 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytına daxil olaraq nəticələri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, iyulun 2-də ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı ilə yanaşı, tam (11 illik) orta təhsil və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı, eksternat qaydada buraxılış imtahanı keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm