Bakıya girişin qadağan olunması sıxlığı aradan qaldıracaqmı?
Bizi izləyin

Qırmızı.az

Bakıya girişin qadağan olunması sıxlığı aradan qaldıracaqmı?

Azərbaycanın digər bölgələrindən Bakıya gələn avtomobillərin paytaxtdakı sıxlığa aidiyyəti yoxdur.

Publika.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ölkəmizdəki 1,2 milyon avtomobil olduğunu deyən ekspertin sözlərinə görə, bu avtomobillərin təxminən 800 mini paytaxtın, 400 mini bölgələrin payına düşür. Ekspertin sözlərinə görə, hər gün bölgələrdən Bakıya gələn avtomobillərin sayı təxminən 20 min civarındadır:

“Nəzərə alsaq ki, Naxçıvandan Bakıya avtomobillərin gəlməsi sıfıra yaxındır və həmin 400 minin təxminən 5-6 %-i sadəcə sənəddə var, onda bölgələrimizdən Bakıya gələ bilən avtomobillərin sayı 350 min də olmur. Şəxsən mənim təxminlərimə görə, gündəlik olaraq bölgələrdən Bakıya gələn avtomobillərin sayı 20 min civarında ola bilər. Bu da Bakı şəhərinin nəqliyyat yükü üçün cüzi bir şeydir”.

Ə. Hüseynovun sözlərinə görə, yalnız səhər və axşam pik saatlarında Sumqayıt və Xırdalandan gələnlər Bakı-Sumqayıt yolunda sıxlıqda rol oynayırlar. Mütəxəssisin bildirdiyinə görə, rayon avtomobillərinin Bakıdakı sıxlığa xüsusi aidiyyəti yoxdur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm