Poçt sisteminin modernləşdirilməsi üçün yeni layihə hazırlanır
Bizi izləyin

Qırmızı.az

Poçt sisteminin modernləşdirilməsi üçün yeni layihə hazırlanır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi poçt sisteminin modernləşdirilməsi ilə bağlı yeni layihə hazırlayir.

Trend nazirliyə istinadən məlumat verir ki, layihədə “Azərpoçt” MMC-də islahatların və maliyyə xidmətlərinin geniş çeşiddə və ölkənin bütün ərazisində təmin edilməsi nəzərdə tutulur.

Bu məsələyə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Dünya Bankının (DB) Avropa, Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika regionu üzrə maliyyə və bazarların idarə olunması sahəsində qlobal praktika rəhbəri Rolf Berndtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı toxunulub.

Layihənin reallaşdırılması üçün hazırlanan təkliflər nazirlik tərəfindən hökumətə təqdim edildikdən, təkliflərə aidiyyəti qurumlar tərəfindən münasibət bildirildikdən sonra DB ilə rəsmi danışıqların aparılmasına başlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm