Hava küləkli və sərin olacaq
Bizi izləyin

Qırmızı.az

Hava küləkli və sərin olacaq

İyulun 7 və 8-də Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq, ötən günlərə nisbətən hava daha sərin keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.

Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 7-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm