Fransalı alimlər Tovuzda tədqiqat aparır
Bizi izləyin

Qırmızı.az

Fransalı alimlər Tovuzda tədqiqat aparır

İyul ayının əvvəlindən etibarən Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparan Azərbaycan – Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundan Publika.az-a verilən məlumata görə, Tovuz rayonundakı eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geo- və mikromorfologiya, restavrasiya, trassologiya və digər ixtisaslar üzrə daha 12 fransalı mütəxəssislərdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə,tədqiqatların son mərhələsi olacaq.

Gələn il isə, səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunmuş elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub. Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri F.Quliyevin sözlərinə görə, bununla da Azərbaycan və Fransa arxeoloqlarının müştərək araşdırmaları Tovuz bölgəsində yekunlaşacaq.

Tovuz arxeoloji ekspedisiya növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokiyo Universitetinin arxeoloqları ilə birgə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm