TRT Nargin adasında film çəkilişlərinə başladı
Bizi izləyin

Qırmızı.az

TRT Nargin adasında film çəkilişlərinə başladı

Türkiyənin TRT televiziyası “Bilinməyən tarix, Nargin adası əsarəti” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə TRT-nin Bakı Təmsilçiliyinin rəhbəri Yıldıray Arslan bildirib.

Onun sözlərinə görə, sənədli filmın çəkilişləri Bakı, Gəncə şəhərləri və Nargin adasında aparılır.

Y.Arslan film çəkilişlərinin iyulun 2-dən 12-sinədək davam edəcəyini bildirib: “Sənədli film Birinci Dünya Müharibəsi zamanı Nargin adasında Rus ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək. TRT bu sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə başda Azərbaycan Dövlət Televiziyası (AzTV), Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və əməyi keçən digər şəxslərə minnətdarlığını bildirir. İnanırıq ki, bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm