SOS: 15 il sonra...
Bizi izləyin

Qoroskop

SOS: 15 il sonra...

Ən son 300 il əvvəl qeydə alınan “mini buzlaşma” dövrü qarşıdakı 15 il ərzində təkrarlana bilər.

Publika.az İngiltərənin “Independent” qəzetinə istinadən xəbər verir ki, elm adamları günəşdəki aktivliyin 2030-2040-cı illərdə 60 faizə qədər azalacağını bildirir.

Bu isə “mini buzlaşma” dövrünün təkrarlanmasına səbəb olacaq. “Maunder Minimum” adı verilən “mini buzlaşma” dövrü günəşdə patlayışların ən az müşahidə edildiyi 1645-1715-ci illərə təsadüf etmişdi.

Qeyd edək ki, bu barədə məruzə Uelsdə təşkil edilən Milli Astronomiya Konfransında professor Valentina Zarkov və qrupu tərəfindən təqdim edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm