Astroloji proqnoz - 6 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 6 avqust

Qoç - Səhiyyə sahəsində işləyən Qoçlar üçün çox uğurlu gün olacaq. Əlinizə pul gələcək. Şəxsi həyatınızla bağlı baş verənlər isə üzünüzü güldürəcək.

Buğa - Bu gün özünüzə vaxt ayırmalı, dincəlməlisiniz. İşdən sonra teatra getmək və ya film izləmək stressinizi azaldacaq. Şəxsi həyatınızla bağlı qərarlar verərkən 6-cı hissinizə güvənin.

Əkizlər - Bütün duyğyularınız gün üzünə çıxacaq. Keçmişlə bağlı xatirələr sizi narahat edəcək. Əsəbinizi başqalarından çıxarmayın. Sakitləşmək üçün ən sevdiyiniz musiqilərə müraciət edin.

Xərçəng - Göy üzü bu gün biznesinizi təhlükəyə ata biləcəyinizə işarət edir. Xərclərinizi hesablayın və bahalı əşyalar almadan öncə yaxşı-yaxşı düşünün. Çünki indi atacağınız yanlış addımlar irəlidə maddi baxımdan çətinlik çəkməyinizə səbəb ola bilər.

Şir - Ən şanslı günlərinizdən birini yaşayacaqsınız. Bu fürsətdən istifadə edin. Həm maddi, həm də mənəvi baxımdan sizi xoş sürprizlər gözləyir.

Qız - Ailənizlə münasibətlərinizi düzəldəcəksiniz. Küsülü olduğunuz dostlarınızla barışacaqsınız. Bu gün özünüzü çox dinc hiss edəcəksiniz.

Tərəzi - Danışıqlarınıza fikir verin. Tanımadığınız şəxslərlə bağlı başqalarından eşitdiyiniz fikirləri səsləndirmək başınızı dərdə sala bilər.

Əqrəb - Ürəyiniz sıxılacaq. Bu vəziyyətdən çıxmaq üçün yanlış addımlar ata bilərsiniz. Diqqətli olun. Qərar qəbul etmədən öncə dostlarınızla məsləhətləşin.

Oxatan - İşlə şəxsi həyatı eyni vaxtda gündəmdə saxlamaq sizin üçün çox çətindir. Vaxtsızlıqdan şikayət etmək əvəzinə işlərinizi düzgün planlaşdırmalısınız. Özünüzə haqq qazandırmaqdansa, sevgiliniz və ya həyat yoldaşınızla birlikdə vəziyyətdən çıxış yolu axtarın.

Oğlaq - Qohumlarınız sizdən borc istəyə bilər. Bu istəyə müsbət cavab vermək gələcəkdə maddi baxımdan çətinlik çəkməyinizə səbəb ola bilər.

Sutökən - İş yerində stress keçirəcəksiniz. Ancaq doğru qərar verərək günortaya kimi vəziyyəti düzəldəcəksiniz. Şəxsi həyatınızda baş verənlər isə işlə bağlı gərginliyinizi unutduracaq.

Balıqlar - Bu gün hansı işə əl atsanız, ən yaxşı nəticəni əldə edəcəksiniz. Hətta uzun illərdən bəri arzuladığınız bir xəyalınızı bu gün həyata keçirmək ehtimalı var. Şəxsi həyatda da üzünüzü güldürəcək yeniliklər baş verəcək. Sevginizin qarşılığını alacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm