Qoroskop
Astroloji proqnoz - 02 oktyabr
Qoç - Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir
dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin
qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna
sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi
maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan
istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü
daha maraqlı edir.
Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz
Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi
təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq
yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir
şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər.
Buğa - Gün maraqlı və uğurludur. Onu nəyə həsr
etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə
başlasanız, ilk uğurların bu qədər tez alınmasına
təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə
olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri
tezliklə həll edəcəklər.
Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz
biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi
münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə
dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir.
Əkizlər - Bu gün göylərin xüsusi himayə göstərdiyi
şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin
olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə,
həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu
işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və
vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.
Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz.
Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq
xoşbəxtlik vəd edir.
Xərçəng - Tamamilə yeni, daha maraqlı bir işlə
məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi
sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə
bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız
kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və
qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət
qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən
insanlarla əhatə olunmusunuz.
Şir - Bu gün öz qayğınıza özünüz qalın,
"yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır:
pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli
dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən
işləri bir qədər gözlədin.
Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi
səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt
yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil
tapa biləcəklər.
Qız - Əla gündür. Həm gücünüz, həm də həmişəki
kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş
yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz
onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti
üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir
gətirəcək.
Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza
qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir:
keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin.
Yaxınlarınızın məsləhətinə qulaq verin.
Tərəzi - Sizə bir qədər dözüm gərəkdir, çünki gün
ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə,
gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ
emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı
olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı
dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki,
sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək
məcburiyyətində olmayasınız.
İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki,
axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt
ayırın.
Əqrəb - Köhnə bir probleminizin yenidən baş
qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi
davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa
dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq
üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz
ətafdakıları qıcıqlandıra bilər.
İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə
dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina
edin: bu, sizə uğur gətirəcək.
Oxatan - Həftənin ən anlaşılmaz günüdür. Bu gün
alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını
tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban
verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu
xərclər özünü doğruldacaq.
Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün
insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı
çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən
cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və
həyatsevərliyi sizi də qanadlandırır.
Oğlaq - Sizin üçün çox dəyərli bir insana görə
narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və
təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır,
baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir.
Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun,
sövdələşmələr heç nədən korlana bilər.
Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər
gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti
seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər
kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin.
Dolça - Bu gün baş verən hadisələr sizi
sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən
əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq.
Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini
artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.
Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız.
Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər
irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş
gələcək vəd edir.
Balıqlar - Aza qane olmayın: bu gün, doğrudan da,
böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün
bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir
kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin
həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.
İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə
kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin
üçün faydalı olacaq.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."