Qoroskop
Astroloji proqnoz - 14 oktyabr
Qoç - çətin, qarışıq gündür. Tapşırıqlarla
sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri
dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və
bacarıqlarınızı artırın. Təcrübənizdən yararlanın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin.
Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat
dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına,
dəstəklənəcəyinə ümid etməyin.
Axşam saatları mühüm görüş üçün əlverişli deyil.
Buğa - əvvəlcədən hazırladığınız plana riayət
edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam
tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı
heçə endirə bilər.
Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin
reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün
aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı
mümkün qədər çox məlumat toplayın.
Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı
insanlardan biri sizə yardım edəcək.
Hisslərin etirafına tələsməyin.
Əkizlər - səhər saatları harmonikdir. Qarşıya
qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib
vasitələrdən istifadə edin. Kənar təsirlər işinizdə fəsadlar yarada
bilər.
Günün ikinci yarısında şübhə, narahatlıq, təşviş yaranacaq.
Bədbinliyə qapılmayın.
Daşınmaz əmlak və maliyyə məsələləri axşam saatlarında narazılıq,
qıcıq yaradacaq. Qohumlarınızın eqoist davranışlarına
sinirlənməyin.
Xərçəng - intuisiyanıza güvənin. Hərdəmxayal
olmayın, illüziyaları reallıq saymayın. Cari şəraitin diqtə etdiyi
məsələlərin həllini ləngitməyin. Çətinlikləri aradan qaldırmaq üçün
təxirəsalınmaz, təcili qərarlar verin.
Günün ikinci yarısında vədlərinizi və öhdəliklərinizi unutmayın.
Rutinlikdən qurtulmaq üçün kreativ ideyalardan faydalanın.
Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə
çevrilməyin. Fikirlərinizi daha aydın şəkildə izhar edin.
Şir - yaxın ətrafınızdakı insanlarla dil tapmaq
üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün
anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar
da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri
bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya
bilməycəksiniz.
İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı
təsir etməyəcək, əhvalınızı korlayacaq.
Qız - işgüzar danışıqlar, müzakirələr,
bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu
kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına
çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi
ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların
məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda
ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.
Tərəzi - hadisələri tələsdirməyin, tam
formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez
başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin.
Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.
Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun.
Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin
yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği
realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza
hakim olun.
Əqrəb - yetərincə sakit zamandır. Çox enerji
tələb edən işin icrasına başlamazdan əvvəl imkanlarınızı,
potensialınızı olduğundan artıq saymayın. Qüvvənizin bəs edəcəyi
işlə məşğul olun. Prosesin aralıq mərhələsində yaşam tonusunuzun
azaldığınızı hiss edəcəksiniz.
Günün ikinci yarısında ailədəki gərgin durum əsəblərinizi tarıma
çəkə bilər. İşgüzar fəallığınızı artırın.
Axşam saatları romantik anlar vəd edir.
Oxatan - risklərdən qorxmayın. Eksperimentlərə
başlamaq olar. Cəsur addımlar atın. Amma avantürist olmayın,
tələsik qərarlar verməyin. Məqsədə çatmaq üçün mövcud şəraitin
imkanlarından istifadə edin. Rəqibləri üstələmək üçün bütün
vasitələrə əl atın.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə kollektiv fəaliyyət
uğur vəd edir. Mübarizə sərtləşəcəyindən diqqətli davranın. Həddən
artıq risk etsəniz, malik olduğunuzu itirə bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - gərgin, hadisələrin əvvəlcədən
təxminlənməsinin çox çətin olacağı gündür. Yeni sifariş və ya
tapşırıq xeyli vaxtınızı ala bilər. Problemlərin həlli üçün
kimsədən yardım gözləməyin. Köməyə bel bağlamayın.
Günün ikinci yarısında indiyədək qazandığınız təcrübələr karınıza
gələcək. Karyera müstəvisində irəliləmək üçün soyuqqanlı, təmkinli
qərarlar qəbul edin.
Müzakirələr və sənədləşdirmə işləri üçün əlverişli zaman deyil.
Borc istəyənə pul verməyin.
Axşam saatlarında pozitiv olun.
Dolça - məşğuliyyət istiqamətini seçərkən
hisslərə əsaslanaraq qərar verməyin. Rasional, soyuqqanlı, praqmat
olun. Həddən artıq fiziki qüvvə və vaxt tələb edən işi müvəqqəti
təxirə salmaq mümkündür.
Daha çox gəlir əldə etməyə can atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla
məsləhətləşəndən sonra layihəni icra etməyə, sifarişi yerinə
yetirməyə başlayın. Əlavə təmaslara meylli olmayın. Həlli təcili
olmayan problemin çözülməsini sabaha saxlayın.
Axşam saatlarına tanımadığınız yerə təkbaşına yollanmayın.
Balıqlar - ətrafınıza diqqətlə nəzər salın. Baş
verənlər diqqətinizdən yayınmasın. Avantüralara, risklərə
qatılmayın. Təxribatlara aldanmayın. Mövcud qaydalara riayət edin,
qanunları pozmayın.
Günün ikinci yarısında fəaliyyətinizdə ciddi səhvə yol verməmək,
düşünülməmiş addımlar atmamaq üçün tələskən olmayın. Rəqibləriniz
pusquya yatıblar, ehtiyatlı davranın.
Opponentlərlə təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Axşam saatları aqressiya və ya manipulyasiyalar üçün deyil.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR