Qoroskop
Astroloji proqnoz - 17 oktyabr
Qoç - Səhər saatlarından etibarən əhvalınız
pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr
indiki proseslərə bilavasitə təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf
etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır.
Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla
ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.
Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun.
Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz
işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın
tükəndiyini hiss edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə
imkan verməyin. Emosional olmayın.
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət
bəsləməyin.
Əkizlər - Adi, yeknəsəq günlərdən biridir.
Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə,
fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə
xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna
deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən
əvvəl motivləri ayırd etməyə can atın.
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri
intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.
Xərçəng - Ətrafınızda baş verən hadisələrə
təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər
və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da
önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey
yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani
çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların
gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.
Şir - Mühüm qərarlar üçün yaxşı gündür.
Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola
bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq
istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə,
dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının
dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra
bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Qız - Kiçik problemlərin çözülməsi, cari
məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə
başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda
diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və
ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən
keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək,
yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların
mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə
tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların
təsiri altında yanlış addım ata bilərsiniz.
Tərəzi - Şəraitin formalaşdırdığı məqamlardan
yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla
işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə
edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş,
sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla
danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə
sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.
Əqrəb - Maraqlı tanışlıqlar vəd edən gündür.
Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən
görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı
məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya
fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya
maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.
Oxatan - Səhər saatlarında alacağınız məlumat
və gələcək informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa
olay və ya konkret şəxs barədə fikir yürütmək üçün yetərli
deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun.
İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq
qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.
Oğlaq - Yaxın ətrafınızdakı insanlarla
münasibətlərinizi gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri
bağışlayın. Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə
təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz.
Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə
edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın,
müzakirə etməyin.
Dolça - Çətin, qarışıq, xaosu xatırladan
gündür. Əsla gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin
məcrası nəzərdə tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə
tutduğunuz planları reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını,
yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə
zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün.
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi
əhəmiyyət kəsb edir.
Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın.
Diqqətiniz dağınıq olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir
bağışlayan məsələlərin əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın.
İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır.
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO