Qoroskop
Astroloji proqnoz - 18 oktyabr
Qoç -səhər saatları yetərincə maraqlı olacaq.
Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz.
Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər
verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları
təxirə salmaq olar.
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can
atın.
Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi
üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı
diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz.
Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz
bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə
alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni
təkliflər səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar.
Problemlərin həllində kreativ olun. Peşəkar bilik və
bacarıqlarınızı artırın.
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək
edin.
Xərçəng - tələsik addımlar atmayın,
düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana
biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.
Pozitiv olun. Ruhdan düşməyin.
Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə
gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin.
Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr
verə bilər.
Normal istirahət edin.
Qız - qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq
inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın.
Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən
çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər
yaranacaq. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə
nəzərə alın. Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı
olarsa, məqsədlərə o qədər tez çatarsınız.
Axşam saatları romantika vəd etmir.
Tərəzi - ən sadə və ilk baxışdan asan təsir
bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli
olacaqsınız.
Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına
çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə,
hədəfə çatmağa çalışın.
Səfər üçün pis gün deyil.
Əqrəb - enerji tonusunuza diqqət verin.
Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı
olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı
sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal
olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq,
mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı
deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya
köçürülməsi üçün əlverişli vaxt deyil.
Oxatan - böyük maliyyə xərcləri tələb edən
planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını
düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox
iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv
məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi
bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail
olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik
maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara
və işlərə diqqət ayırmağa çalışın.
Oğlaq - avantürizmə qapılmayın. Mənasız risklər
uğur gətirməyəcək. Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda
irəliləyişlər istəyirsinizsə, aktiv olun.
Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var.
Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin.
Astagəllik, süstlük yolverilməzdir.
Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.
Dolça - arxa planda qalsanız, vurnuxmayın,
irəli atılmayın. Eqoizm zamanı deyil. Ambisioz davranış planları
alt-üst edə bilər. Fikir, mövqe və məsləhətləri nəzərə alın.
Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını
aydınlaşdırın. Yardım etmək istədiyiniz insanın qeyri-adekvat
davranışı sizi sinirləndirməsin.
Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın
yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə
bilərsiniz.
Balıqlar - mövcud situasiyaya alışmağa çalışın.
İş şəraiti o qədər də pis deyil. Yeni tapşırıq, layihə və ya
sifarişlə bağlı razılıq verməzdən əvvəl detallarla tanış olun.
Yaxın ətrafınızdakı insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin.
Rəqibləri geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal
insanlardan uzaq durun.
Axşam saatlarında ailəvi istirahəti seçin./milli.az/
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia