Qoroskop
Astroloji proqnoz - 28 oktyabr
Qoç - Təbii zəka və anadangəlmə intellektual qabiliyyətlər bu gün işinizə yararlı olmayacaq. Rahatlıqla xatirələrə dala bilərsiniz. Maliyyə və işgüzar planlarınız barədə inandığınız, etibar etdiyiniz şəxslərdən savayı kimsəyə danışmayın. Gündəlik qayğılar və işlər öz məcrasında olacaq, sizə problemlər yaratmayacaq. Müəyyən adamların dəstəyi və ya rəğbəti sayəsində gərəkli əlaqələr yarada bilərsiniz. Gün ərzində emosiyalarınız xeyrinizə işləyəcək. Gərəkli adamlarla əlaqələri çox asanlıqla, onların sizdən nə istədiyini hissləriniz sayəsində anlayaraq quracaqsınız.
Buğa - Başqalarının problemlərinin həllinə bu
gün xeyli vaxt sərf etməli olacaqsınız. Sizin üçün xüsusi əhəmiyyət
kəsb etməyən məsələlər də səy və zəhmət istəyəcək.
Hər şeyə rəğmən, sakit olun, əsəbləşməyin. Problemləri tədricən
çözməyə və həll etməyə çalışın.
Böyük ümid bəslədiyiniz layihəni reallaşdırmağa başlayın.
Əkizlər - Bacarıq və imkanlarınızdan artıq işə
başlamaq istəsəniz, uğursuzluğa düçar olacaqsınız.
Ağır problem varsa, onu həll etmək üçün dostlar və yaxınlarınızın
yardımlarına ehtiyac yarana bilər. Dostlar arasında sizə istənilən
an yardım edə biləcək insan var.
Müqavilə və ya anlaşmanı imzalamazdan əvvəl sənədi diqqətlə oxuyun,
mətnlə tanış olun və şərtləri təhlil edin. Həmin sahədə mütəxəssis
olan insanın fikrini öyrənin.
Xərçəng - Yeniliklərə və dəyişikliklərə
hazırsınızsa, gün sizin üçün uğurlu ola bilər. Uzaqdan yaxşı
xəbərlər və ya təklif gələ bilər. İşdə əlavə tapşırıq istisna
olunmur. Bu, sizin üçün sərfəli əlavə gəlir mənbəyi də ola bilər.
Ətrafınızdakı insanlarla cüzi və ya kiçik məsələlərə görə münaqişə
etməyin, çünki nəticələr çox pis ola bilər.
Emosiyalarınıza nəzarət edin.
İş yerini dəyişmək fikrinə düşə bilər, niyyətiniz barədə ailə
üzvlərinizə açıqlama verə bilərsiniz.
Şir - Çalışmaq və fəaliyyət göstərmək üçün əla
gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar
çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz.
Münasibətlərinizdə emosional "partlayış"a və pafosa imkan
verməyin.
Maliyyə məsələləri və maddi problemlərin həlli ilə ciddi məşğul
olmaq istəyirsinizsə, kimsənin sizə mane olmasına şərait
yaratmayın.
Eqoizm, təşəxxüs və özünütərifə aludə olmayın.
Qız - Mümkün olmayan heç bir iş və ya çatılması
irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın.
Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa
doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı
var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar
tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım
bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli
gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ
bilər.
Tərəzi - Günün ilk yarısı ən müxtəlif işlər
üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı,
parlaq ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı
ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir
ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss
edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən
çəkinin.
Sərt və aqressiv, davakar olmayın.
Əqrəb - Bu gün yaxın ətrafınızın köməyindən
faydalanmaq ehtyiacı yaransa belə, təkbaşına fəaliyyət göstərməyə
çalışacaqsınız. Belə etməyin, səhv buraxmayın. Mənasız işlərə və
məntiqsiz yönlərə izafi qüvvə sərf etməyin.
Bəzi məqsədlərə çatmaq üçün işlər və planlar təxirə düşə bilər.
Hüquqi məsələlərin həlli, sənədləşdirmənin qaydaya salınması üçün
uğurlu gündür. Dövlət strukturlarına baş çəkməyiniz, məmurlarla
danışıqlarınız istədiyiniz nəticəni verəcək.
Oxatan - Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz
insanlarla ünsiyyət üçün əlverişli gündür. İlk dəfə gördüyünüz
insanla asanlıqla dil tapacaqsınız.
Çətin problemləri və ilk baxışdan müşkül təsir bağışlayan
məsələləri orijinal tərzdə həll etməyə çalışın. Bədxahlarınızı
təəccübləndirin.
Qohumlara baş çəkmək, ailənin qayğılarını çözmək üçün yararlı
gündür. Maliyyə və əmlak məsələlərini həll etmək olar.
Günün ikinci yarısında sərfəli anlaşma imzalamaq, yaxşı müqaviləyə
nail olmaq mümkündür.
Nə zamansa həyatınızda mühüm rol oynamış insanla görüş istisna
deyil.
Oğlaq - Gün ərzində təmkinli və səbrli
davranmaq çətin olsa da, bunu edin. Yaxın ətrafınızdakı insanlara
soyuqqanlı olduğunuzu nə qədər çox nümayiş etdirməyə çalışsanız,
onlar sizi bir o qədər hirsləndirməyə, qıcıqlandırmağa səy
edəcəklər.
Bütün bunlar bilərəkdən, qəsdən edilən təxribat olmaya da bilər.
Mümkündür ki, yaxınlığınızdakı "enerji vampir"i sizin emosiyalarla
qidalanmaq istəyir. Bu adamın kim olduğunu müəyyənləşdirin və onu
özünüzdən mümkün qədər kənarlaşdırın.
Dolça - Başqalarının problemlərinə sakit və
rəvan yanaşsanız, bu gün sakit keçəcək. Fəqət başqaları üçün uğur
və rəvanlıq istəsəniz, sizi gərgin mübarizə və çətinliklər
gözləyir. Tərəfdaşlar və yaxınlarınız sizi tək qoymayacaqlar.
Lakin az sonra anlayacaqsınız ki, heç də bütün dostlar, tanışlar
mövqelərinizi bölüşmürlər. Bütün bunlar ciddi münaqişələrə səbəb
olmasa da, əlaqələr sərinləyəcək, sizdə pərişanlıq və laqeydlik
hissləri yaradacaq.
Balıqlar - Maddi problemlərin həlli ilə məşğul
olmağa tənbəllik etməyin: ətrafdakı insanlarla münasibətiniz
əhəmiyyətli dərəcədə belə davranışdan asılıdır. Maliyyə işlərini
qaydaya salmaq üçün maksimum səy göstərin. Təhtəlşüuru, hissiyyatı
da unutmayın. Ola bilər ki, gün gərgin keçsin. Dost və qohum
yardımı göstərməyi yaddan çıxarmayın. Yardım və dəstək istəyi
məlumat almaq ehtiyacından da vacib ola bilər.
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi