Qoroskop
Astroloji proqnoz - 29 oktyabr
Qoç - bu gün sizə maraqlı olan insanların
yanında olmağa çalışın. Gələcəklə bağlı ümumi planları müzakirə
edin.
Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin
görülməsinə sərf edin.
Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd
cavabı verməyin.
Ev üçün alış-veriş edə bilərsiniz.
Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı
situasiyanın özülü funksiyasını yerinə yetirəcək.
Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək.
Ətrafdakı dəyişikliklər barədə düşünün.
Buğa - şərtlər və yaxın ətrafınızdakı insanlara
təsir imkanlarını əldə saxlayın. Maraq və imkanlar dairəsi
genişlənir. Amma təşəbbüs yetərli olmaya bilər. Ümumi işdə, birgə
əməkdə maraqlı olan insanları prosesə cəlb edin.
Toplantı, müzakirə, görüşlərə qatılmalısınız. Bütün bunlar
gərginliyin artmasına, özünə nəzarətin zəifləməsinə səbəb ola
bilər.
Axşam saatlarında dincəlin, ruhunuz sərbəst olsun.
Əkizlər - bu gün bir çox situasiyalar
nigaranlıq, təlaş və təşvişlə müşayiət olunacaq. Əhvalınızı
pozacaq, xəyallarınızı dağıdacaq, planlarınızı dəyişəcək xəbər
alacasqınız. Məqsədə aparan yol çətinləşir.
Çalışdığınız insanlardan birinə münasibətiniz dəyişə bilər.
Hadisələrin sürətli inkişafı, emosiyaların gərilməsi nəticəsində
ciddi söhbət və hətta münasibətlərin kəsilməsi mümkündür.
Rəqabət güclənəcək, maraqlar toqquşacaq, açıq bəhs başlanacaq.
İmkan varsa, tək qalın, iş və planlarınıza qarışmağa, müdaxilə
etməyə imkan verməyin.
Xərçəng - mümkün olmayan heç bir iş və ya
çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə
çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş,
yaxşılığa doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı
var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar
tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım
bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli
gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ
bilər.
Şir - günün ilk yarısı ən müxtəlif işlər üçün
münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq
ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı
ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir
ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss
edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən
çəkinin.
Sərt və aqressiv, davakar olmayın.
Qız - səhər saatlarında qərarlar və
emosiyalarınıza hakim olun. İstənilən mühüm addımı atmazdan əvvəl
bir qədər gözləyin. Çox yəqin ki, ilkin impulsdan sonra fikrinizi
dəyişəcəksiniz.
Axşam saatlarında uğur əldə edə bilərsiniz. Qonaq gedin, gəzintiyə
çıxın, kino və ya teatra yollanın. Görüşlər xoş, həm də faydalı
olacaq.
Tərəzi - bu gün gərgin keçəcək. Səhər
saatlarında söhbətlər və təmaslarda gərginlik müşahidə olunacaq.
Dözülməzlik, tələbkarlıq - bütün bunlar yaxşıdır, amma ifrata
varmayın.
Axşam saatlarına yaxın əhvalınız qəflətən dəyişə bilər. Şəxsi
həyatınız, romantik maraqlarınız diqqət mərkəzində olacaq.
Sevdiyiniz adamla münasibətləriniz daha da intensivləşə bilər.
Əqrəb - peşəkar baxımdan çox uğurlu gündür.
Ezamiyyətə yollanan və ya sifarişi yerinə yetirmək üçün ofisdən
çıxanları daha önəmli irəliləyişlər gözləyir.
İşdə vəzifənin və ya maaşın artmasını gözləyənlər bununla bağlı
rəhbərliklə danışmalıdır. Bu gün çox nəsnələrə nail ola
bilərsiniz.
Aktiv istirahət üçün o qədər də yaxşı gün deyil. Köhnə dostlar üçün
darıxıbsınızsa, onlarla görüşün. Amma görüşün gecədən xeyli
keçmişədək davam etməsinə imkan verməyin.
Oxatan - pis gün deyil. Ən yaxşı nəticələrə
nail olmaq üçün diqqəti aktual problemlərə yönəldin. Gələcəklə
bağlı fikirlərə bir qədər sonra dalarsınız.
İşdə karyera pilləkəni ilə irəliləmək imkanları var. Həmkarlarla və
rəhbərliklə yaxşı münasibətləri qorumaq çox mühümdür.
Yaşam potensialı yüksək olmasa da, yeni təəssüratlar almağa,
səyahətlərə və macəralara can atırsınız. Yaxınlarınız sizi
dəstəkləyirlər.
Oğlaq - yaradıcı yanaşma və fantaziya tələb
edən istənilən iş üçün əlverişli gündür. Orijinal həllər, tipik
problemlərə standart olmayan yanaşma tərzi sizə uğur gətirə bilər.
İşdə yoldaşlarınızın rəğbətini qazana bilərsiniz.
Günün ikinci yarısında işin intensivliyini bir qədər azaldın.
Ailə üzvləri ilə təmaslarda sərt və aqressiv olmayın.
Yaxınlarınızla çətin məsələlərdə dil tapmağa çalışın.
Dolça - diqqəti ən mühüm işlərə yönəldin. Bu
gün onları başa vurmaq gərəkdir.
Konstruktiv əməkdaşlıq, məntiqi güzəştlərə olan dözümlülük
səviyyəniz günün axarını müəyyənləşdirəcək. Mövqelərinizi sərt və
aqressiv müdafiə etsəniz, qarşınıza qoyduğunuz məqsədə
çatmayacaqsınız. Riskli işlərdən, eksperimentlərdən uzaq durun.
Yalnız yeri gələndə, ehtiyac duyulanda təşəbbüskarlıq edin. Əks
təqdirdə ciddi çətinliklər və problemlərlə qarşılaşa
bilərsiniz.
Balıqlar - bu gün çətinliklər istisna deyil.
Amma o problemlərin öhdəsindən asanlıqla və çox tez gələ
bilərsiniz. Gün ərzində sizə yardım edə biləcək, işlərinizdə dəstək
duracaq insanlarla xoş münasibətlər qurun, onları öz tərəfinizə
çəkin. Təşkilati işləri vaxtında və tam başa vurun, liderlik
keyfiyyətlərinizi nümayiş etdirin.
Ailədə mübahisə yarana bilər. Fikir ayrılığını aradan qaldırmaq
üçün güzəştə gedin, ehtiyac yaranarsa, vasitəçilik də edin. Axşam
saatlarına yaxın problemlərin əksəriyyətinin çözülməsinin yaratdığı
yorğunluğu çıxarmaq üçün istirahət edin. Eyni zamanda, ehtiyacı
olan yaxınlarınız və əzizlərinizə həyan olun.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ