Qoroskop
Astroloji proqnoz - 05 noyabr
Qoç - Əyləncə, istirahət, yaxınlarla ünsiyyət
üçün yaxşı gündür. Bu gün düşünmək hərəkət etməkdən daha yaxşı
alınacaq. Amma bu, qorxulu deyil. İndi fasilə götürə və heç nə
etməyə bilərsiniz. Gün səfərlər üçün əlverişlidir. Evdən kənarda
sərfəli bazarlıqlar etmək şansınız var.
Qohumlarınız həyatınıza bir qədər narahatlıq gətirəcəklər. Yaranmış
problemlərin həllində onlara kömək etməli olacaqsınız. Təəssüf ki,
sizin məsləhətlərinizə (yeri gəlmişkən, çox yaxşı məsləhətlərə) heç
kim qulaq asmır. Bu, əsəbilik yarada bilər.
Buğa - Siz ətrafdakılara çox az diqqət
yetirirsiniz. Bu, pisdir. Çünki ətrafda diqqətlə nəzər yetiriləsi
adamlar var. Küsəyənlik, tənqidə hədsiz həssaslıq sizin uğur əldə
etməyinizə mane ola bilər. İş danışıqları uğursuz keçəcək, kimsə
sizi öz iradəsinə tabe etdirməyə çalışacaq.
Gün qonaq, eləcə də uzaqdan gələnləri qəbul etmək üçün münasibdir.
Günün ikinci yarısında səfərlər yaxşı alınacaq. Turist
göndərişləri, bilet, eləcə də, səyahətlər üçün lazım olan digər
şeyləri almaq olar.
Əkizlər - Bu gün yaranan bütün problemləri həll
etmək üçün o qədər də çox şey lazım deyil. Fantaziyanıza sərbəstlik
vermək kifayətdir və o, qarşınızda sizi məqsədinizə doğru aparan
yolları açacaq. Münasibətlərin yoluna qoyulması, münaqişələrin
həlli üçün əla gündür.
Kadr məsələləri ilə məşğul olmaq, işə adam götürmək və ya kimisə
işdən qovmaq tövsiyə olunmur. Bu gün, çətin ki, həmfikir və
müttəfiq tapa biləsiniz. Əvvəldən tutulmuş plana sadiq qalmaq çətin
olacaq. Şəraitə uyğunlaşmaq lazım gələcək.
Xərçəng - Çətin ki, bu gün təklikdə qalmağa və
baş verənləri düşünməyə imkanınız olsun. Özü də bir qədər sakitlik
və səssizlik pis olmazdı. Amma həyata keçməyəcək şeyi arzulamaq
nəyə lazımdır? Yaxşısı budur, çoxsaylı görüşlərə hazırlaşın,
maraqlı tanışlıqlar üçün əlverişli məqamdan istifadə etməyə
çalışın. Qadınlarla münaqişələr mümkündür. Yaşlı qadın sizə təzyiq
etməyə çalışacaq.
Günün mənfi cəhətlərinə emosional fonun qeyri-sabitliyini aid etmək
olar. Məhz buna görə ovqatınız korlanacaq.
Şir - Asan olmayacaq. Həyatın bütün sahələrində
ciddi problemlər yarana bilər. Ən yaxşısı - kiminsə gözünə
görünməmək, gizlənməkdir. Amma təəssüf ki, sizi axtarıb tapacaqlar.
Ən azı, sövdələşmələrdən, vacib sənədləri imzalamaqdan çəkinin.
Siz çox unutqansınız və əvvəllər verdiyiniz vədləri tez-tez
unudursunuz. Üstəlik, hansısa çoxdankı sirrinizin üstü açıla bilər.
Pis xəbəri ətrafdakılara necə çatdırmaq barədə ciddi düşünmək lazım
gələcək.
Qız - Səy göstərsəniz, yaxşı nəticələr əldə edə
bilərsiniz. Hərəkətlərinizdə ardıcıl olun, kiminsə sizə təzyiq
göstərməsinə imkan verməyin. Əgər hansısa yeni işə başlayırsınızsa,
müttəfiqlərinizin dəstəyini alın. Çətinliklərin öhdəsindən gəlmək
asan olmayacaq. Cüzi pul gəliri mümkündür.
Gün ailəvi problemlərin həlli, eləcə də, müxtəlif ev işləri üçün
münasibdir. Qonaq qəbul etmək olar.
Tərəzi - İş üçün münasib gündür. Bürcün əksər
nümayəndələri əhəmiyyətli peşə uğurları əldə edəcəklər,
inadkarlıqları sayəsində rəqiblərini qabaqlaya biləcəklər. Kimsə
sizə həsəd aparsa da, ziyan vura bilməyəcək. Çünki bu gün
düşmənlərinizin sayından çox müttəfiqlər tapacaqsınız.
Həyatınıza təsir edəcək gözlənilməz hadisə baş verə bilər. Sizdən
asılı olmayan səbəblərdən ailə həyatınızda nəsə dəyişəcək. Uzaq və
riskli səfərlərdən imtina etmək tövsiyə olunur. Zədə almağınız
mümkündür.
Əqrəb - İctimai fəaliyyət, ünsiyyət, kübar və
siyasi tədbirlərdə iştirak üçün münasib gündür. Tək qalanda özünüzü
yaxşı hiss etməyəcəksiniz. Bu günün müsbət keyfiyyətlərinə sizin
ətrafdakılarla asanlıqla dil tapmağınızı, yaxınlarınızın gizli
arzularını hiss edə bilməyinizi aid etmək olar.
Əqrəblər ağzıbütövlüyə, plan və ideyalarını heç kimlə paylaşmamağa
meyllidirlər. Belə sirr verməzlik yaxınlarınızı məyus edə, onlarda
şübhə oyada bilər.
Oxatan - İş danışıqlarına başlamaq üçün
əlverişli gündür. Hətta heç kimin yola getmədiyi adamlarla da dil
tapa biləcəksiniz. Yeni işlərə girişmək olar. Amma siz özünüzə çox
güvənirsiniz - bu, təhlükəlidir. Dostlarınızın təklif etdiyi köməyi
rədd etməyin.
Yaxınlarınızla ünsiyyət, ailə mərasimləri, qohumların əhatəsində
istirahət üçün pis gün deyil. Yeni romanların başlaması az ehtimal
olunur. Əhval-ruhiyyəniz buna uyğun deyil. Əvəzində gün maliyyə
məsələlərinin həlli üçün çox əlverişlidir.
Oğlaq - Həyatınızı, sözün həqiqi mənasında
dəyişə biləcəyiniz adi günlərdən biridir. Buna səy göstərmək
kifayətdir. Günün başlıca müsbət tərəfi odur ki, siz
irəliləməyinizə mane olan şeylərdən imtina etməyə daxilən
hazırsınız.
Gün irimiqyaslı biznes layihələri üzərində işə başlamaq üçün çox
münasibdir. Bu günə istənilən iş görüşləri və danışıqlarını təyin
etmək olar. Cəsarətlə bazarlıq edin. Bu gün hədər yerə pul
xərcləməyəcəksiniz.
Dolça - Əvvəlki ilə müqayisədə daha uğurlu və
xoş gündür. Nəinki yaranan problemlərin öhdəsindən gəlmək, həm də
çətin vəzifələri yerinə yetirmək və vacib qələbələr qazanmaq
imkanınız olacaq. Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər
mümkündür. İndi intuisiyanıza etibar edə bilərsiniz. O, sizi pis
vəziyyətdə qoymayacaq.
Təhsil üçün çox yaxşı gündür. Bu gün mənimsədiyiniz istənilən
informasiya faydalı olacaq. Kübar mərasimlərdə parlamaq imkanını
əldən verməyin.
Balıqlar - Məqsədinizə çatmaq üçün orijinial
yollar, istəyinizi əldə etməyin qeyri-adi üsullarını tapacaqsınız.
Bürcün bəzi nümayəndələrinin həyatlarını köklü şəkildə dəyişmək
şansı olacaq. Gün başqa yerə köçmək və ya daşınmaz əmlak almaq üçün
əlverişlidir.
Xoş xəbərlər və vacib informasiya almağınız mümkündür. Təəssüf ki,
çətinliklər də istisna deyil. Onlar əsasən, sizin imkanlarınızı
olduğundan yüksək qiymətləndirmək və köməyin lazım olduğu işlərə
təkbaşına girişmək meylinizlə bağlı olacaq.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək